Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib

Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib

© APA | Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib

# 12 oktyabr 2021 11:52 (UTC +04:00)

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı fərdi evlərdə keçirilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, rayonun Yenikənd, Zalam və Nohurqışlaq kəndlərində yerləşən fərdi evlərin həyətyanı sahələrində təşkil edilən toy məclislərində 150 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib. Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy təşkilatçıları Allahverdi İsmayılov, Əhmədiyyə Salahov və Etibar İsgəndərov inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR