Qəbələdə qırqovul ovlayan şəxs saxlanılıb

Qəbələdə qanunsuz ov edən şəxs saxlanılıb

© APA | Qəbələdə qanunsuz ov edən şəxs saxlanılıb

# 18 noyabr 2021 12:13 (UTC +04:00)

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Aydınqışlaq kəndi ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, həmin şəxsin rayonun Zarağan kənd sakini Şakir Hacıyev olduğu müəyyən edilib və o, polis şöbəsinə gətirilib. Həmin şəxsdən ovladığı qırqovul və “BUM” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR