Qəbələdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb

Qəbələdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi

© APA | Qəbələdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi

# 30 avqust 2021 10:57 (UTC +04:00)

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, rayon sakini Rəvan Qurbanovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və sanitar-karantin qaydaları izah olunub. Buna baxmayaraq, həmin şəxs qanunsuz olaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Polis əməkdaşları tərəfindən ictimai yerdə aşkarlanan R.Qurbanov evinə geri qaytarılıb.

Onun barəsində Qəbələ RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR