Qubada evlərdən oğurluq edən şəxs saxlanılıb

Qubada evlərdən oğurluq edən şəxs saxlanılıb
# 14 iyul 2021 09:37 (UTC +04:00)

Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində və ətraf rayonlarda oğurluqlar etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Xaçmaz rayonunun Qaraqurtlu kənd sakini Namiq Əliyevin olduğuna əsaslı şübhələr yaranıb. Aparılan araşdırmalarla onun Quba rayonuna gələrək bir sıra qəsəbə və kəndlərin ərazilərindəki yaşayış evlərindən qızıl-zinət əşyaları, telefonlar, televizor, su nasosu, elektrik sayğacı və s oğurladığı müəyyən edilib.

Onun digər cinayətlərdə iştirakının müəyyən edilməsi ilə bağlı Quba Rayon Polis Şöbəsində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR