Qubada yabanı halda bitən 3 tondan artıq narkotik bitki məhv edilib - FOTO

Qubada yabanı halda bitən 3 tondan artıq narkotik bitki məhv edilib - FOTO
# 10 iyun 2021 11:24 (UTC +04:00)

Qubada yabanı halda bitən xeyli miqdarda narkotik tərkibli bitki aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Uzunmeşə kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 3,2 ton olan 5400 ədəd çətənə kolu aşkar edilib.

Aşkar edilmiş narkotik tərkibli bitkilər yandırma yolu ilə məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR