Qubadlıda narkotik tərkibli bitkilər aşkar olunub - VİDEO

Qubadlıda narkotik tərkibli bitkilər aşkar olunub

© APA | Qubadlıda narkotik tərkibli bitkilər aşkar olunub

# 26 iyul 2021 10:11 (UTC +04:00)

Qubadlı Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, tədbir zamanı rayonun Qədili kəndi ərazisində çəkisi 5 tondan artıq olan 7982 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR