Saatlıda avtomobildən 22 min manatıq oğurluq olub

Saatlıda avtomobildən 22 min manatıq oğurluq olub
# 04 avqust 2021 13:08 (UTC +04:00)

Saatlıda avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-nə keçən gecə şəhər ərazisində “QAZ-29” markalı bir avtomobildən 21330 manat pul və 700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilib.

Keçirilən əməliyyatla şəhər sakini, əvvəllər məhkum olunmuş C.Allahverdiyev saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR