Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb

Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
# 28 avqust 2021 10:01 (UTC +04:00)

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları rayonun Nabatkənd kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən qayda pozuntusunun qarşısı alınıb, çayxananın icarədarı V.Həsənov və orada olan müştərilər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR