Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb - VİDEO - YENİLƏNİB

Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb - VİDEO  - YENİLƏNİB
# 12 iyul 2021 09:58 (UTC +04:00)

Sabirabadda avtomobil 59 yaşlı kişini vuraraq öldürüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə radələrində şəhərin H.Əliyev prospektində qeydə alınıb.

Sabirabad rayonunun Kürkənd kənd sakini, 1991-ci il təvəllüdlü Sadıqlı Kamran Asif oğlu idarə etdiyi “Hyundai” markalı "99 FF 519" dövlət nömrə nişanlı avtomobillə yolu keçən Sabirabad sakini, 1962-ci il təvəllüdlü Əsgərov Gülxan Balaxan oğlunu vurub. Sonuncu aldığı xəsarətlərdən xəstəxanaya çatdırılarkən yolda keçinib.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR