Sabirabadda baş verən yol qəzasında bir nəfər ölüb   

Sabirabadda baş verən yol qəzasında bir nəfər ölüb   
# 21 may 2021 06:32 (UTC +04:00)

Sabirabadda yol qəzası baş verib.

APA-nın MilMuğan bürosunun məlumatına görə, hadisə Sabirabad şəhərində qeydə alınıb.

“VAZ 2106” markalı avtomobillə "Mercedes" makalı avtomobilin toqquşması nəticəsində birincidə olan sərnişin - Sabirabad sakini, 1994-cü il təvəllüdlü Cəfərov Coşqun Şaban oğlu ağır xəsarətlər alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Əməliyyata götürülən sərnişinin həyatını xilas etmək mümkün olmayıb. O, səhər saatlarında əməliyyat stolunda keçinib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR