Sabirabadda baş vermiş avtoqəzada 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb - FOTO

Sabirabadda baş vermiş avtoqəzada 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb - FOTO
# 15 sentyabr 2021 08:56 (UTC +04:00)

Sabirabadda baş verən avtoqəzada bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Şəhriyar kəndi ərazisində baş verib.

"VAZ 21074" markalı avtomobillə "KamAZ" markalı yük avtomobili toquşşub, nəticədə sürücü, Sabirabadın Şəhriyar kənd sakinu, 1981-ci il təvəllüdlü Abdullayev İbrahim Alış oğlu ölüb, onun 13 yaşlı oğlu isə yaralanıb və Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR