Sabirabadda fermada silah-sursat tapılıb

Sabirabadda fermada silah-sursat tapılıb

© APA | Sabirabadda fermada silah-sursat tapılıb

# 20 sentyabr 2021 14:47 (UTC +04:00)

Sabirabadda fermada silah-sursat aşkarlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Güdəcühür kəndi ərazisində yerləşən fermer təsərrüfatlarından birinin ərazisində yerləşən köhnə tikilinin döşəməsinin altından silah-sursat tapılıb. Belə ki, təmir işləri görmək istəyən fermer təsrrüfatının işçiləri döşəmə sökülən zaman orda silah-sursat aşkar ediblər və bu barədə polis şöbəsinə müraciət olunub.

Polis əməkdaşalrı fermadan akt tətrtib etməklə bir ədəd “RPQ-71N1” markalı qumbaraatan, bir ədəd “AK-74” markalı avtomat silahı, 2 ədəd patron darağı və 60 ədəd patron götürüblər. Həmin silahların ora kim tərəfindən qoyulduğu məlum deyil.

Faktla bağlı RPŞ-də araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR