Sabirabadda məzun qızı bıçaqlayan 19 yaşlı gənc saxlanılıb

Sabirabadda məzun qızı bıçaqlayan 19 yaşlı gənc saxlanılıb
# 21 iyun 2021 11:51 (UTC +04:00)

Sabirabadda məzun qızı bıçaqlayan 19 yaşlı gənc saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, iyulun 20-də saat 20.00 radələrində Sabirabad rayonunun Surra kəndi ərazisində yerləşən restoranlardan birində təşkil olunan məzun gecəsində bıçaqlanma hadisəsi törədərək hadisə yerindən yayınan Sabirabad sakini, 2002-ci il təvəllüdlü Qasımlı Sübhan Eldəniz oğlu saxlanılıb.

Qeyd edək ki, S.Qasımlı məzunların iştirak etdiyi məclisə yaxınlaşaraq 2004-cü il təvəllüdlü Nəsirzadə Nigar Anar qızını kürək nahiyəsindən bıçaqlayıb. Məzun qız Şirvan şəhər xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb.

Faktla bağlı Sabirabad polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR