Şabranda iki yük maşını toqquşub, minik avtomobili aşıb

Şabranda iki yük maşını toqquşub, minik avtomobili aşıb
# 06 oktyabr 2021 14:29 (UTC +04:00)

Şabran rayonu ərazisində yol qəzası baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun ikinci kilometrliyində qeydə alınıb. İki yük maşını toqquşub, bu zaman qəzadan yayınmaq istəyən “Nissan” markalı minik avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində xəsarət alan 2 nəfər Şabran Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Hər iki şəxsin xəsarətləri yüngül olduğu üçün ilkin tibbi müayinədən sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR