Şabranda yabanı halda bitən çətənə kolları məhv edilib

Şabranda yabanı halda bitən çətənə kolları məhv edilib
# 05 iyul 2021 20:26 (UTC +04:00)

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Gəndov kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, ümumi çəkisi 100 kiloqramdan artıq olan, 234 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR