Salyanda Kür çayından meyiti tapılan şəxsin kimliyi məlum olub - YENİLƏNİB-1 - VİDEO

Salyanda Kür çayından meyiti tapılan şəxsin kimliyi məlum olub - YENİLƏNİB-1  - VİDEO
# 10 iyul 2021 10:47 (UTC +04:00)

Salyanda Kür çayından meyiti tapılan şəxsin kimliyi müəyyən edilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün səhər saatlarında Kür çayında, Salyan şəhindəki körpünün yaxınlığında meyiti tapılan şəxs rayon sakini, 2001-ci il təvəllüdlü Nəcəfov Murad Əsəd oğludur. Meyitin xarici müayinəsi zamanı üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.
Faktla bağlı araşdırma gedir.

***

09.36

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Salyan rayonundan keçən hissəsində aşkarlanan naməlum kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görƏ, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu əraziyə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.​

***

08.00

Bu gün səhər saatlarında Kür çayında Salyan şəhərində körpünün yaxınlığında təxminən 25-30 yaşlarında kişi meyiti tapılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, meyit çaydan çıxarılaraq Salyan morquna təhvil verilib.

Meyitin kimə məxsus olduğu və həmin şəxsin hansı şəraitdə öldüyü istintaq tərəfindən araşdırılır.

Faktla bağlı araşdırma gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR