Salyanda motosiklet dirəyə çırpılıb, sürücü ağır xəsarət alıb

Salyanda motosiklet dirəyə çırpılıb, sürücü ağır xəsarət alıb
# 10 noyabr 2021 21:49 (UTC +04:00)

Salyan rayonunda motosiklet qəza törədib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb.

Kərimbəyli kənd sakini, 1971-ci il təvəllüdlü Zayidov Sadiq Firudin oğlu idarə etdiyi motosikleti dirəyə çırpıb. Nəticədə motosikletçi ağır sınıq xəsarəti ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR