Şamaxıda qadını şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyən şəxs tutulub

Şamaxıda qadını şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyən şəxs tutulub
# 27 noyabr 2021 11:33 (UTC +04:00)

Şamaxıda qadını şantaj edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinə şəhər sakini olan bir qadının şəkillərinin sosial şəbəkədə yayılacağı ilə hədələnərək 2000 manat dəyərində qızıl-zinət əşyalarının alınması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Şamaxı sakini S.Qədimov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR