Samux sakini həmyerlisini ehtiyatsızlıqdan güllələyib - YENİLƏNİB - VİDEO

Samux sakini həmyerlisini ehtiyatsızlıqdan güllələyib - YENİLƏNİB  - VİDEO
# 22 iyun 2021 09:57 (UTC +04:00)

Samux sakininin güllə yarası almasının səbəbi məlum olub.

Daxili İşlər Nazirliyinin əməkdaşı Eşqın Qasımov APA-nın yerli bürosuna bildirib ki, 1983-cü il təvəllüdlü Vüsal Əliyev ehtiyatsızlıqdan 1989-cu il təvəllüdlü Taleh Məmmədovu güllələyib.

Hazırda onun vəziyyəti normaldır.

Hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

***

22:21

Samux sakini ayağından güllə yarası alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Ziyadlı kəndində qeydə alınıb.

1989-cu il təvəllüdlü Məmmədov Taleh Yelmar oğlu ayağının güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR