Samuxda karantin qaydalarını pozan toy təşkilatçıları məsuliyyətə cəlb olunub

Samuxda karantin qaydalarını pozan toy təşkilatçıları məsuliyyətə cəlb olunub

© APA | Samuxda karantin qaydalarını pozan toy təşkilatçıları məsuliyyətə cəlb olunub

# 25 oktyabr 2021 09:58 (UTC +04:00)

Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Salahlı, Yenikənd kəndlərində və Qarayeri qəsəbəsində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, ev sahibləri 150 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.
Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.
Bundan başqa rayon ərazisində fəliyyət göstərən şadlıq saraylarında keçirilən toy mərasiminə dəvət olunan qonaqların COVID-19 pasportu olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVID-19 pasportu olmayan 33 nəfər restorana buraxılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR