Samuxda yolu keçmək istəyən kişini maşın vurub

Samuxda yolu keçmək istəyən kişini maşın vurub
# 23 iyul 2021 23:15 (UTC +04:00)

Samuxda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yolu keçmək istəyən 54 yaşlı kişini vurub.

Xəstə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR