Səbail rayon Prokurorluğu "Jurnalistlər binası"nda azyaşlının 16-cı mərtəbədən yıxılması faktını araşdırır

Səbail rayon Prokurorluğu "Jurnalistlər binası"nda azyaşlının 16-cı mərtəbədən yıxılması faktını araşdırır
# 08 iyun 2021 21:08 (UTC +04:00)

Səbail rayon Prokurorluğu 2017-ci il təvəllüdlü Abbas İsmayılovun rayonun Salyan şosesində yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq ölməsi faktı ilə bağlı araşdırmalara başlayıb.

Prokurorluqdan APA-ya verilən məlumata görə, rayon prokurorluğuna bu barədə məlumat daxil olub.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR