Şəhid ərinin anım mərasimində iştirak etməyə gedən qadın qəzaya düşərək ölüb

Günel Ələsgərova, Şəhid mayor Rəhim Hüseynovun həyat yoldaşı

© APA | Günel Ələsgərova, Şəhid mayor Rəhim Hüseynovun həyat yoldaşı

# 21 oktyabr 2021 16:43 (UTC +04:00)

Şəhid həyat yoldaşının Zərdabda keçirilən anım mərasiminə gedən qadın Kürdəmir yolunda qəzaya düşərək ölüb.

APA-nın məlumatına görə, Vətən Müharibəsində şəhid olan Zərdab rayonu, Gəlmə kənd sakini mayor Rəhim Hüseynovun həyat yoldaşı Ələsgərova Günel İnqilab qızı Bakıdan rayona anım mərasiminə gedirmiş. Yol qəzası Kürdəmir yolunda baş verib.

Avtomobildə olan digər sərnişin də qəzada ölüb. Zərdab rayon İcra Hakimiyyəti başçısının köməkçisi Səməd Cəfərov APA-ya faktı təsdiqləyib.

APA-nın əldə etdiyi məlumata görə, qəzada Günel Ələsgərovanın övladı da avtomobildə olsa da, xəsarət almayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR