Şəkidə avtomobil aşıb, xəsarət alan var - FOTO

Şəkidə yol qəzası

© APA | Şəkidə yol qəzası

# 20 avqust 2021 16:53 (UTC +04:00)

Şəkidə yol qəzası baş verib.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün 13 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, Şəkinin Oraban kəndinin ərazisində qeydə alınıb.
1968-ci il təvəllüdlü, Bakının Xəzər rayonu Buzovna qəsəbəsi sakini Əkbərov Sahib Vaqif oğlunun idarə etdiyi "Mitsubishi L200" markalı, 10 PV 516 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmənin itməsi səbəbindən aşıb.
Qəza nəticəsində avtomobilin sərnişini - 1987-ci il təvəllüdlü Oğuz rayonunun Qumlax kəndində yaşayan Abdullayeva Məlahət Xanlar qızı xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR