Şəkidə "AzAgro" MMC-yə məxsus avtomobil yanıb

Şəkidə "AzAgro" MMC-yə məxsus avtomobil yanıb
# 01 avqust 2021 21:19 (UTC +04:00)

Şəkidə avtomobil yanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta saatlarında rayonun Babaratma kəndinin ərazisində "AzAgro" MMC-yə məxsus, Hümbət Saleh oğlu Əhmədovun idarə etdiyi "Chevrolet" markalı, 90-AF-724 dövlət nömrə nişanlı minik avtomobilində yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR