Şəkidə koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

Şəkidə koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
# 06 noyabr 2021 10:52 (UTC +04:00)

Şəkidə polis əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, şəhər sakini Rəşad Məmmədova ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. Həmin şəxslə izahedici söhbətlər aparılıb və yaşadığı evə geri qaytarılıb.

R.Məmmədov barəsində Şəki ŞRPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR