Şəkidə piyadanı vurub hadisə yerindən yayınan sürücü saxlanılıb - YENİLƏNİB

Şəkidə piyadanı vurub hadisə yerindən yayınan sürücü

© APA | Şəkidə piyadanı vurub hadisə yerindən yayınan sürücü

# 08 sentyabr 2021 11:00 (UTC +04:00)

Sentyabrın 7-si axşam saatlarında Şəki şəhəri Salman Mümtaz küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən piyada Vüqar Süleymanov vurulub və o, aldığı xəsarətlərdən ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “QAZ-3110” markalı avtomobilin sürücüsü, əvvəllər də məhkum olunmuş Xəyyam Yusubov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

***

7 sentyabr, saat 22:57

Bu gün axşam saat 21:30-da Şəki şəhəri Salman Mümtaz küçəsində hələki şəxsiyyəti müəyyən edilməyən piyada avtomobil tərəfindən vurulub.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Piyadanı vuran avtomobil hadisə yerindən yayınıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Piyadanın kimliyi dəqiqləşdirilir və onu vuran sürücü axtarılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR