Şəkidə traktorla minik avtomobili toqquşub, iki nəfər xəsarət alıb

Şəkidə traktorla minik avtomobili toqquşub, iki nəfər xəsarət alıb
# 04 noyabr 2021 22:59 (UTC +04:00)

Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 32-ci kilometrliyində, Şəki rayonu Suçma kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, "Toyota Prado" markalı minik avtomobili Şəki rayonu Dərəcənnət kənd sakini, 1968-ci il təvəllüdlü Elman Məmmədovun idarə etdiyi traktoru arxadan vurub.

Qəza zamanı traktorun sürücüsü E.Məmmədov və tarktorda olan sürücünün həyat yoldaşı 1975-ci il təvəllüdlü Məhəbbət Məmmədova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR