Şəkidəki yol qəzasında xəsarət alanların kimliyi müəyyənləşib- YENİLƏNİB

Şəkidəki yol qəzasında xəsarət alanların kimliyi müəyyənləşib- YENİLƏNİB
# 19 iyul 2021 19:42 (UTC +04:00)

Şəkidə baş verən yol qəzasında xəsarət alan üç nəfərin şəxsiyyəti müəyyən olunub. APA-nın Şimal-Qərb bürosunun məlumatına görə, yaralılar "VAZ 2107" markalı avtomobilin sürücüsü Elmin Abdullayev, onun sərnişinləri Sakit İdrisov və Namiq Məmmədovdur. Hər üç yaralı rayonun Qoxmuq kənd sakinləridir.

İnkassator avtomobilində olanlarda xəsarət alan yoxdur.

***

19:10

Şəkidə inkassator və minik avtomobilləri toqquşub, üç nəfər xəsarət alıb.

APA-nın Şimal-Qərb büronun məlumatına görə, hadisə axşam saatlarında Şəki-Qax avtomobil yolunun rayonun Qoxmuq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan inkassator avtomobili "VAZ 2107" markalı 55-CC-583 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Qəza zamanı avtomobillərdə olan üç nəfər aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Hazırda yaralılara tibbi yardım göstərilir, onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR