Şəmkir sakini qonşusu tərəfindən bıçaqlanıb

Şəmkir sakini qonşusu tərəfindən bıçaqlanıb
# 06 iyun 2021 09:13 (UTC +04:00)

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.

Kənd sakini 1986-cı il təvəllüdlü Vasif Həsənov 3 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat olunub, vəziyyətin kafi olduğu bildirilir. İlkin araşdırma zamanı məlum olub ki V.Həsənovu şəxsi münasibətlər zəminində qonşusu 1982-ci il təvəllüdlü Vüsal Hüseynov bıçaqlayıb. Hadisəsi törədən şəxs Şəmkir Rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR