Şəmkirdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - FOTO

Şəmkirdə avtomobil çaya düşüb

© APA | Şəmkirdə avtomobil çaya düşüb

# 08 noyabr 2021 09:23 (UTC +04:00)

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Çinarlı kəndində qeydə alınıb. Hərəkətdə olan “Hyundai” markalı avtomobil Çinarlı qəsəbəsində sərt döngədə idarəetməni itirərək 30-40 metrdən Şəmkir çayına düşüb. Nəticədə sürücü burun və əlin sınığı xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR