Şəmkirdə iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlardan iki nəfərin adları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, “Lada Priora" markalı avtomobilin "VAZ 2107" markalı avtomobilə arxadan çırpılması nəticəsində Elmin Əsgərov və Elgün Hacıyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Digər 3 nəfərin xəsarəti yüngül olduğundan onlara hadisə yerində tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
***
17.58
Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni həyat kəndində qeydə alınıb.
Hərəkətə olan iki minik avtomobili toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.