Şəmkirdə polis əməkdaşı xidməti silahla özünə xəsarət yetirib

Şəmkirdə polis əməkdaşı xidməti silahla özünə xəsarət yetirib
# 11 noyabr 2021 11:16 (UTC +04:00)

Şəmkir rayonunda polis əməkdaşı xidməti silahla ehtiyatsız davranış nəticəsində özünə xəsarət yetirib.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

E. Qasımov bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşı, serjant Süleyman Əliyev xidməti silahını idarədən götürüb təhkim olunduğu yerə gedərkən ehtiyatsızlıq zəminində atəş açılıb. Silahdan açılan atəş nəticəsində polis serjantı sol döş qəfəsindən güllə yarası alıb.

Polis əməkdaşı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR