Şəmkirdə yük avtomobili aşıb, sürücü xəsarət alıb

Şəmkirdə yük avtomobili aşıb, sürücü xəsarət alıb
# 19 noyabr 2021 22:44 (UTC +04:00)

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə Bakı-Qazax magistral yolunun rayonun Könüllü kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü Rusiya Federasiyasının vətəndaşı, Dağıstan sakini 1981-ci il təvəllüldlü Şamil Tanizov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR