Şərurda yük maşını evin divarına çırpılıb, 3 nəfər ölüb

Şərurda yük maşını evin divarına çırpılıb, 3 nəfər ölüb
# 17 iyun 2021 12:56 (UTC +04:00)

Şərur rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rayonun Aşağı Yaycı kəndi ərazisində Qarahəsənli kənd sakini Fazil Seyidov idarə etdiyi “JAC” markalı yük avtomobilini evlərdən birinin divarına vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü və 2 sərnişini orada ölüb.

Faktla bağlı Şərur Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR