Şirvanda avtomobil sexində yanğın olub

Şirvanda avtomobil sexində yanğın olub
# 29 oktyabr 2021 18:28 (UTC +04:00)

Şirvan şəhərində ümumi sahəsi 1200 m² olan bir dam altında tikilən 8 boksdan ibarət avtomobil təmiri sexinin 3 boksunun (birinin sahəsi 50 m², digərlərinin sahəsi 24 m²) yanar konstruksiyaları 98 m² sahədə və içərisində təmirə dayanan ”Москвич” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR