Şirvanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan üç nəfər saxlanılıb

Şirvanda saxlanılan üç nəfər

© APA | Şirvanda saxlanılan üç nəfər

# 27 sentyabr 2021 13:03 (UTC +04:00)

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə şəhər sakinləri Taleh Osmanlı, Rəsul Hüseynov və Eldar Məmmədov saxlanılıblar.

Onların üzərinə keçirilən baxış zamanı psixotrop maddə - metamfetamin, heroin və marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Şirvan ŞPŞ-də araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR