Şirvanda psixotrop dərman içən 27 yaşlı şəxs xəstəxanada ölüb

Şirvanda psixotrop dərman içən 27 yaşlı şəxs xəstəxanada ölüb
# 27 iyul 2021 15:15 (UTC +04:00)

Şirvanda psixotrop dərman içən 27 yaşlı şəxs xəstəxanada ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1994-cü il təvəllüdlü Rəhimov Nicat Mirzağa oğlu iyulun 16-da qardaşına məxsus çox miqdarda psixotrop dərman həblərini qəbul edərək komatoz vəziyytədə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Reanimasiya şöbəsində müalicə alan 27 yaşlı gənc həkimlərin səyinə baxmayaraq, bu gün ölüb. Onun meyiti müayinə olunmaq üçün morqa yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR