Şirvanda sürücü avtomobilinin altında qalıb

Şirvanda sürücü avtomobilinin altında qalıb
# 19 may 2021 15:43 (UTC +04:00)

Şirvan şəhərində avtomobil təmiri zamanı qəza olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, şəhər sakini, 1990-cı il təvəllüdlü Əliyev Şahin Zamiq oğlu icarəyə götürdüyü “Mercedes” markalı avtomobil təmir edilərkən avtomobil onun üzərinə düşüb. Avtomobilin altında qalan sürücü ağır travmalarla (çanağın çoxsaylı sınıqları, daxili orqanların əzilməsi) Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Həkimlər sürücünün vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR