“Siyəzənneft” NQÇİ ərazisindən 21 min manatlıq oğurluq olub

“Siyəzənneft” NQÇİ ərazisindən 21 min manatlıq oğurluq olub
# 24 sentyabr 2021 13:29 (UTC +04:00)

“Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinə məxsus ərazidən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sentyabrın 20-dən 23-dək olan müddətdə Qarabulaq kəndində yerləşən “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinə məxsus ərazidə oğurluq edildiyi barədə məlumat daxil olub.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ərazidən 21474 manat dəyərində 2980 metr dəmir boru və 5810 metr naqil oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş H.Muradov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR