Sumqayıtda 31 yaşlı kişini maşın vurub öldürüb

Sumqayıtda 31 yaşlı kişini maşın vurub öldürüb
# 06 oktyabr 2021 09:14 (UTC +04:00)

Bakı-Quba yolunun Sumqayıtın Yaşma yaşayış massivindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, yolu keçmək istəyən piyada - 1990-cı il təvəllüdlü Qəniyev Vüsal Tofiq oğlunu yük maşını vurub.

Ağır bədən xəsarətləri alan 31 yaşlı piyada ölüb. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR