Sumqayıtda koronavirus xəstələri ictimai yerlərdə saxlanılıblar

Sumqayıtda koronavirus xəstələri ictimai yerlərdə saxlanılıblar
# 04 sentyabr 2021 13:37 (UTC +04:00)

Sumqayıt şəhərində koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib. Müəyyən olunub ki, saxlanılan şəxslər Sumqayıt şəhər 45-ci məhəllə sakini, 1996-cı il təvəllüdlü Cəfərov Səmral Rövşən oğlu və 6-cı mikrorayon sakini 1971-ci il təvəllüdlü Nəsibova Südabə Zəfər qızıdır.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə həmin şəxslər yaşadıqları evə qaytarılıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Özünütəcrid qaydalarını pozan koronavirus daşıyıcıları barəsində polis orqanları tərəfindən bundan sonra da ciddi tədbirlər görüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR