Sumqayıtda mənzildən 15 min manatlıq oğurluq olub

oğurluq

© APA | oğurluq

# 20 may 2021 12:56 (UTC +04:00)

Sumqayıtda mənzildən 15 min manatlıq oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 13-də şəhər ərazisindəki evlərin birindən 6000 manat pul və 9000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ü.Cabbarov və Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş T.İbrahimov saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR