Sumqayıtda qayınatası və qayınanasına xəsarət yetirən şəxs barəsində cinayət işi başlanıb

Sumqayıtda qayınatası və qayınanasına xəsarət yetirən şəxs barəsində cinayət işi başlanıb
# 08 iyun 2021 17:01 (UTC +04:00)

Sumqayıtda qayınatası və qayınanasına xəsarət yetirən şəxs barəsində cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt şəhəri ərazisində 03.06.2021-ci il tarixdə Namiq Ələkbərovun qayınatası və qayınanasına yaşadıqları evlərində xəsarət yetirməsi ilə bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Namiq Ələkbərov CM-nin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda Sumqayıt şəhər polis idarəsində istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR