Sumqayıtda təhsil müəssisələrində yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib

Sumqayıtda təhsil müəssisələrində yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib

© APA | Sumqayıtda təhsil müəssisələrində yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib

# 16 sentyabr 2021 17:40 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sumqayıt şəhərində yerləşən bir sıra orta məktəblərdə, həmçinin Sumqayıt şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada və Sumqayıt şəhər 10 saylı peşə liseyində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib.

FHN-dən APA-ya verilən məlumata görə, müəssisələrin rəhbər, müəllim və texniki işçilərinin iştirak etdikləri tədbirlərdə təhsil müəssisələrində yanğın təhlükəsizliyi qaydaları barədə ətraflı məlumat verilib, ilkin yanğınsöndürmə vasitələrinin iş üslübü, yanğına ilkin müdaxilənin xüsusiyyətləri və yanğın zamanı şagirdlərin təxliyyəsi barədə danışılıb, FHN-in “112” qaynar telefon xətti barədə geniş məlumat verilib. Cavabdeh şəxslərin diqqətinə çatdırılıb ki, ərazilər daim təmiz saxlanılmalı, bina və qurğular normativ sənədlərin tələblərinə uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir. Həmçinin, tədbirlərdə yanğın zamanı davranış qaydaları barədə kollektivin məlumatlı olmasının, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılmasının, yanğına qarşı su təchizatı qurğularının daim saz vəziyyətdə saxlanılmasının vacibliyi vurğulanıb.

Tədbirlərdə mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR