Sumqayıtda toy korteji qəzaya düşüb - FOTO - VİDEO - YENİLƏNİB

Sumqayıtda qəza

© APA | Sumqayıtda qəza

# 19 iyul 2021 21:02 (UTC +04:00)

Mətnə video əlavə olunub


***


19:27

Sumqayıt şəhərində toy korteji qəzaya düşüb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Kortejdə olan 50-DE-500 dövlət nömrə nişanlı BMW markalı avtomobilin sürücüsü idarəetməni itirərək əvvəlcə nəqliyyat vasitəsini yol kənarında dayanmış "Mercedes-Benz" markalı avtomobilə çırpıb. Sonra isə BMW-nin sürücü yol kənarında təmizlik işləri aparan 1956-cı il təvəllüdlü Xəlilova Rəxşəndə Xeyrulla qızını vurub. Ağır bədən xəsarətləri alan 65 yaşlı qadın təcili tibbi yardım xidmətinin köməyi ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

***

18:14

Sumqayıt şəhərində toy korteji qəzaya düşüb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Kortejdə olan avtomobillərdən biri Təmizlik departamentinin qadın işçisini vurub. Zərərçəkən xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR