Tovuzda şəhidlər haqqında nalayiq ifadələr işlədən şəxsi döyənlər barəsində cinayət işi başlanıb - YENİLƏNİB

Şəhidlər haqqında nalayiq ifadələr işlətdiyi bildirilən şəxs

© APA | Şəhidlər haqqında nalayiq ifadələr işlətdiyi bildirilən şəxs

# 15 oktyabr 2021 12:40 (UTC +04:00)

Sosial şəbəkələrdə Tovuz rayonunda şəhidlərlə bağlı xoşagəlməz ifadələr işlədən şəxsin bir qrup tərəfindən üzr diləməsini əks etdirən videogörüntülər Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb.

APA-nın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, bununla bağlı rayon polis şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, həmin şəxslər müəyyən olunaraq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

***

11.30

Sosial şəbəkələrdə Tovuz rayon sakini Aqil İbrahimovun sərxoş halda Vətən Müharibəsi şəhidi barədə nalayiq ifadələr işlətdiyinə görə bir qrup şəxs tərəfindən döyülərək qəbiristanlıqda şəhid məzarlarından üzr işlədilməsi görüntüləri yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib ki, məsələ ilə əlaqədar Tovuz rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılıb və hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri - Taleh Hüseynov, Sürət Məmmədov, Tural Əhmədov, Elşad Rzayev, Elnur Bayramov, Əli Hüseynzadə və Telman Nağıyev saxlanılıb.

Məlumata görə, həmin şəxslər barəsində cinayət işi başlanıb.

Qeyd edək ki, Tovuz rayonunun Qovlar kəndində şəhidlər haqqında nalayiq ifadələr işlətdiyi bildirilən şəxsi bir neçə nəfər qəbiristanlığa gətirərək, üzr istəməyi tələb edib. Onlar qəbiristanlıqda həmin şəxsi şəhidlərin məzarı önündə diz çökməyə və daha sonra məzar daşlarını öpməyə məcbur edib, həmin prosesi lentə alaraq sosial şəbəkələrdə paylaşıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR