Tovuzda toyda 3 nəfəri bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Tovuzda toyda 3 nəfəri bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
# 20 iyul 2021 08:46 (UTC +04:00)

Tovuzda toyda 3 nəfərə bıçaqla xəsarət yetirən şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisəni 2001-ci il təvəllüdlü Elgün İsmayılov törədib.

İlkin məlumata görə, hadisə rayonda yerləşən restoranlardan birində baş verib. Həmyerlilərin əvvəlcə etdikləri zarafat sonradan davaya çevrilib.

***

00:34

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Tovuz çayının kənarında toy məclisində qeydə alınıb.

1991-ci il təvəllüdlü Kərimov Mahir, 1991-ci il təvəllüdlü Hüseynov Fuad Polad oğlu və 1996-cı il təvəllüdlü Mehdiyev Fərid İlyas oğlu baş və əl nahiyələrindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Hər üç xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR