Ucarda yol qəzası baş verib, sürücü xəsarət alıb 

Ucarda yol qəzası baş verib, sürücü xəsarət alıb 
# 23 may 2021 23:55 (UTC +04:00)

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axsam saatlarında Ucar-Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb.

Ucar rayonunun Lək kənd sakini, 1983-cü il təvəllüdlü Pərviz Əmirxan oğlu Cəbrayılov idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə qarşısına çıxan 3 iribuynuzlu heyvanını vurub. Nəticədə P.Cəbrayılov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR