Ucarda zəncirvari yol qəzasında bir nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB

Ucarda zəncirvari yol qəzasında bir nəfər xəsarət alıb - VİDEO  -  YENİLƏNİB
# 21 iyun 2021 22:17 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


20:20

Ucarda xəsarətlə nəticələnən zəncirvari yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axsam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Şəki rayon sakini, 1986-cı il təvəllüdlü Kamran Xəlilovun idarə etdiyi "FORD" markalı maşın, Sabirabad rayon sakini, 1969-cu il təvəllüdlü Murad Abbasovun idarə etdiyi "Mercedes" markalı minik maşını ilə "UAZ" markalı maşın toqquşub.

Nəticədə Beyləqan rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Allahverdiyev aldığı xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR